Avropada təbii qazın qiyməti bir neçə gün ərzində 50 faizə yaxın artıb


Digərləri 14 Sen 2021 16:30:00 103 0

Avropada təbii qazın qiyməti bir neçə gün ərzində 50 faizə yaxın artıb

Avropa birjalarında təbii qazın qiyməti növbəti dəfə rekordu yeniləyib.

Son.az Trend-ə istinadən bildirir ki, sentyabrın 14-də təbii qazın min kubmetr üçün qiyməti 800 dollar həddini keçib.

Niderlandda TTF habında qazın oktyabr fyuçersləri min kubmetr üçün 801,2 dollara çatıb.

İki həftə ərzində təbii qazın qiyməti 30 faizdən çox artıb.