Bakıda əməliyyat 40 nəfərlik dəstə yaxalandı VİDEO FOTO


Digərləri 14 Sen 2021 15:12:00 147 0

Bakıda əməliyyat  40 nəfərlik dəstə yaxalandı  VİDEO  FOTO

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı rayon ərazisində apardıqları mübarizə tədbirləri davam etdirilir. Həyata keçirilən növbəti əməliyyatlar nəticəsində rayonun Hövsan, Qaraçuxur, Əmircan, Bül-bülə Yeni Suraxanı və Yeni Günəşli qəsəbələrində narkotik vasitələrin dövriyyəsi və satışı ilə məşğul olan 40 nəfər saxlanılıb, həmin ərazilərdə narkotik vasitələrin qəbul edildiyi "tiryəkxana"lar müəyyən edilib.

Daxili İşklər Nazirliyindən verilən məlumata görə, əməliyyat zamanı əvvəlcə Əmircan qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan Elxan Gözəlov və qardaşı Etibar salanılıblar. Onların üzərinə və qəsəbə ərazisində yaşadıqları evə baxış zamanı ümumi çəkisi 1 kiloqraram 21 qram olan heroin aşkar edilib. Saxlanılan şəxslər ifadələrində əsasən Əmircan qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olduqlarını bildiriblər.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri daha bir əməliyyat zamanı Hövsan qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər dəfələrlə məhkum edilmiş Nəvai Sadıqov da saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan və evinə baxış zamanı satış məqsədi ilə əldə etdiyi 600 qrama yaxıb heroin və 1 ədəd elektron tərəzi aşkar edilib.

Həyata keçirilən növbəti əməliyyat zamanı Hövsan qəsəbəsində narkotik vasitələrin qanunusuz dövriyyəsi ilə məşğul olan Qalib Nəsirov, Tərlan Rəhimov, Bəhruz Bağırov, Nicat Əhmədov,Nurlan Rəhimov, Ramin Yüzbəyov, Vasif Bayramlı,Şaiq Kərimli, Böyükağa Hüseynov, Meybulla İsrafilov, Elçin Nəbiyev, Faiddin Yüzbəyov və Adil Nurullayev də saxlanılaraq ərazi üzrə 30-cu Polis Şöbəsinə gətiriliblər. Bu şəxslərdən külli miqdarda heroin və metamfetamin aşkar edilib.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyatlar zamanı Yeni Günəşli qəsəbəsində narkotik vasitələrin qanunusuz dövriyyəsi ilə məşğul olan daha 7 nəfər saxlanılıb. Əməliyyat nəticəsində paytaxt sakinləri Orxan Mehdiyev, Kamran Şərifli, Seyran Rəhimov, Elşən Mirzəzadə, Valeh Mövsümov, Elvin Həsənov və Ruslan Şükürov tutulublar. Onların da üzərindən külli miqdarda heroin və metamfetamin aşkar edilərək götürülüb. Bu şəxslər izahatlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.