Qəhrəman şəhidimiz Anar Qarayev


Digərləri 14 Sen 2021 13:54:00 119 0

Qəhrəman şəhidimiz Anar Qarayev

İşğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda o da canını fəda etdi. Şəhadətə ucalaraq 44 günlük Vətən müharibəsində əldə etdiyimiz parlaq qələbədə pay sahibi oldu.

Son.az Xəzər TV-yə istinadən bildirir ki, söhbət 1998-ci ildə Qax rayonunda anadan olan Anar Qarayevdən gedir.

O, ali məktəbi bitirdikdən sonra hərbi xidmət yollanıb və xidmətdə olarkən 2-ci Qarabağ müharibəsi başlayıb.

Anar Qarayev bir neçə istiqamətdə gedən döyüşlərdə fəal iştirak edib.

Qəhrəmanımızın anası deyir ki, Anar Vətənə-millətə layiqli övlad olmaq üçün uşaq yaşlarından böyük səylə çalışırmış.

Ölümündən sonra şəhidimiz "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: