Zəlzələdən ziyan çəkmiş ev


Digərləri 14 Sen 2021 12:36:00 105 0

Zəlzələdən ziyan çəkmiş ev

Son.az Real TV-yə istinadən bildirir ki, Şamaxı rayonunun İkinci Çaylı kənd sakini Aliyə Cavadova "Problem"ə özünün çəkdiyi video ilə müraciət edib. Onun yaşadığı, həyat yoldaşı Fariq Cavadova məxsus ev 2019-cu ildə baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşüb. Ailənin düşdüyü vəziyyətlə bağlı Şamaxı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

Qurumun Memarlıq və Tikinti şöbəsindən bildirildi ki, zəlzələdən ziyan çəkən evlərə təbii fəlakətdən sonra altı ay ərzində baxış keçirilib. Onlara dörd kateqoriya üzrə qiymət verilib. Qəzalı vəziyyətdə və bərpaya ehtiyacı olan evlərdə Fövqəladə Hallar Nazirliyi, təmirə ehtiyacı olanlarda isə Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən işlər görüləcək.

Bunun nə zaman baş verəcəyinə gəlincə, qurumdan maliyyə vəsaitinin ayrılacağını gözlədiklərini dedilər.