Texasa güclü fırtına yaxınlaşır


Dünya 14 Sen 2021 07:45:00 152 0

Texasa güclü fırtına yaxınlaşır

"Nikolas" tropik fırtınası Meksika körfəzi tərəfindən ABŞ-ın Texas ştatına yaxınlaşdıqca güclənməyə davam edir.

Son.az Trend-ə istinadən bildirir ki, Texas ştatının bir neçə rayonu üçün fırtına yaxınlaşması barədə xəbərdarlıq edilib. Həmçinin "Nikolas" Meksika və Luiziana ştatına təsir göstərə bilər.

Fırtınanın leysan yağışlara və daşqınlara səbəb ola biləcəyi bildirilib.