"Tezliklə insanın daxili orqanlarını, dərisini cavanlaşdıra biləcəyik" Peyvəndi yaradan alim


Digərləri 13 Sen 2021 23:05:00 153 0

"Tezliklə insanın daxili orqanlarını, dərisini cavanlaşdıra biləcəyik"  Peyvəndi yaradan alim

"Pfizer" ilə birgə koronavirus peyvəndi istehsal edən Almaniyanın "BioNTech" şirkətinin təsisçilərindən olan türkəsilli alim Uğur Şahin maraqlı açıqlamaları ilə gündəmə gəlib.

Son.az bildirir ki, o, yaşlanmanın bioloji bir proses olduğunu, dəri hüceyrlərinin yenidən proqramlaşdırılaraq gəncləşə biləcəyini bəyan edib.

Professorun sözlərinə görə, bu oxşar üsullarla daxili orqanların da gəncləşməsi mümkün olacaq. Hətta yeni biotexnologiyalardan istifadə etməklə, zədələnmiş bədən üzvləri bərpa ediləcək.

Həkim bununla da xərçəngin müalicəsində ciddi irəliləyişlər əldə olunacağını proqnozlaşdırıb. /medicina.az