Tramp prezidentliyə namizədliyi barədə: Başqa çıxış yolu yoxdur


Dünya 13 Sen 2021 20:48:00 115 0

Tramp prezidentliyə namizədliyi barədə: Başqa çıxış yolu yoxdur

ABŞ-ın sabiq prezidenti Donald Tramp ölkədəki vəziyyətin onu 2024-cü ildə növbəti dəfə prezidentliyə namizədliyi irəli sürməyə vadar etdiyini deyib.

Son.az Trend-ə istinadən xəbər verir ki, "Fox" telekanlına müsahibə verən D.Tramp hazırkı prezident Co Baydeni bu vəzifə üçün səriştəsiz adlandırıb.

D.Tramp, həmçinin ABŞ qoşunlarının Əfqanıstandan çıxmasını da ölkə tarixinin ən böyük utancı adlandırıb: "Hazırkı vəziyyət bizə namizədliyimizi irəli sürməkdən başqa heç bir çıxış yolu qoymur".

Qeyd edək ki, Donald Tramp 2016-2020-ci illərdə ABŞ prezidenti olub.