SevilSevinc bacılarından hamiləlik iddialarına reaksiya 1 ildir müalicə olunurmuş


Şou-biznes 13 Sen 2021 18:00:00 129 0

SevilSevinc bacılarından hamiləlik iddialarına reaksiya  1 ildir müalicə olunurmuş

"Bu xəbəri yazanları Allaha tapşırıram"

Son.az sfera.az-a istinadla bildirir ki, bunu ifaçılar Sevil-Sevinc bacıları öz sosial şəbəkə hesablarında izləyicilərinin suallarını cavablandırarkən deyiblər. Belə ki, onlar bacılardan Sevincin hamilə olması barədə məlumatlara aydınlıq gətiriblər. 

"Təki Allah hər bir ailəyə övlad payı versin. Amma belə bir şeyi reytinq üçün yazmaq günahdır", - deyə ifaçılar qeyd ediblər.

Sevinc Səfərova uzun müddətdir müalicə aldığını, bu səbəbdən kökəldiyini qeyd edib: "Sadəcə artıq çəki almışam. Sağlamlığımla bağlı bir ildir müalicə olunuram".