Son sutkada 1266 vaksin vuruldu


Digərləri 13 Sen 2021 15:42:00 110 0

Son sutkada 1266 vaksin vuruldu

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 266 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 077, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 189 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 611 206, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 508 115, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 103 091 təşkil edir.