Əxlaqsızıq yuvasından da nisyə dəftəri çıxdı


Digərləri 13 Sen 2021 14:21:00 86 0

Əxlaqsızıq yuvasından da nisyə dəftəri çıxdı

Kahramanmaraşda (Türkiyə) pilotsuz uçuş aparatlarının köməyi ilə əxlaqsız qadınlara qarşı keçirilən irimiqyaslı əməliyyatda 29 nəfər nəzarətə alınıb.

Son.az haberler.com-a istinadən xəbər verir ki, əməliyyatda 6 qadın nəzarətə alınıb. Polisin 4 aya yaxın davam edən planlı işləri nəticəsində baş tutan əməliyyat zamanı çoxsaylı cib telefonu, kompüter, qoruyucu vasitələr və s. məhsullar ələ keçirilib. Bir masaj salonunda aparılan axtarışlar zamanı isə müştərilərin borc dəftəri diqqət çəkib. Belə ki, borc kitabında müştərilərin 200-300 lirə borc yazdıqları bəlli olub.

Kamran Seyidov Son.az