Gecənin ən diqqətçəkən simaları


Şou-biznes 13 Sen 2021 13:52:00 113 0

Gecənin ən diqqətçəkən simaları

Ötən gün Nyu-Yorkda "MTV video musiqi mükafatı 2021" baş tutub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, məşhurlar pandemiyadan əvvəl olduğu kimi uzun aradan sonra qırmızı xalça üzərində fotoqraflara poz verib. Gecədə ən diqqət çəkən simalar arasında model Meqan Foks və sevgilisi repçi Kolson Beyker olub.

Meqanın mərasim üçün seçdiyi orijinal şəffaf geyimi diqqətləri üzərinə cəlb edib. Kolson isə "Dolce & Gabbana"dan olan qırmızı kostyuma üstünlük verib.

Gecədə Peris Hilton, Cennifer Lopez, Rita Ora, Ed Şeran, Trevis Skott, Olivoya Radriqo kimi ulduzlar da iştirak edib.