Gürcüstanda daha 48 nəfər koronavirusdan ölüb


Digərləri 13 Sen 2021 12:40:00 81 0

Gürcüstanda daha 48 nəfər koronavirusdan ölüb

Gürcüstanda ötən sutkada koronavirusa 946 yeni yoluxma faktı qeydə alınıb, 4 351 nəfər müalicə olunaraq sağalıb, 48 pasiyent vəfat edib.

Son.az bildirir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Hzırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 581 815 nəfərdə aşkarlanıb. Onların 545 961-i sağalıb, 8 233-ü dünyasını dəyişib.

Bu günə olan aktiv xəstə sayı 27 595 nəfərdir.