Britaniya kəşfiyyatı növbəti 11 sentyabr terroru barədə xəbərdarlıq edib


Dünya 12 Sen 2021 15:01:00 114 0

Britaniya kəşfiyyatı növbəti 11 sentyabr terroru barədə xəbərdarlıq edib

ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması 11 sentyabr 2001-ci ildə olduğu kimi daha bir terror aktı riskini artırıb.

Son.az report-a istinadla xəbər verir ki, bu barədə Böyük Britaniya əks-kəşfiyyatının rəhbəri Ken Makkallum "The Times"a bildirib.

Kəşfiyyat rəhbərinin sözlərinə görə, Vaşinqtonun qərarı ekstremistləri ruhlandırıb.

"Bu, terrorçuları daha iri mqiyaslı hücumlar həyata keçirmək üçün yenidən qruplaşmaq təhlükəsini artırır", - Makkallum əlavə edib.