Gürcüstanda koronavirusa yoluxanların sayı 580 869 nəfərə çatıb


Dünya 12 Sen 2021 11:30:00 122 0

Gürcüstanda koronavirusa yoluxanların sayı 580 869 nəfərə çatıb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 838 yoluxma halı qeydə alınıb, 39 nəfər ölüb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 580 869, ölənlərin sayı isə 8 185 nəfərə çatıb. Virusa yoluxanlardan 541 610 nəfərin sağaldığı bildirilir.