“Rahat”da məhsulların saxlama qaydası pozuldu


Digərləri 11 Sen 2021 20:41:00 103 0

“Rahat”da məhsulların saxlama qaydası pozuldu

Bakının Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən "Rahat" supermarketdə araşdırmalar aparılıb.

Bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, yoxlama zamanı toyuq məhsullarının saxlanıldığı vitrinlərdə saxlanma rejiminə riayət edilmədiyi müəyyən edilib.

Belə ki, məhsulun etiket məlumatlarına əsasən soyudulmuş toyuq məhsullarının saxlanma rejimi +2°C-də 5 gün qeyd olunduğu halda, ticarət şəbəkəsinin vitrinlərində məhsulların 12°C temperaturda saxlanıldığı aşkar olunub.