Ağıl – ailə xoşbəxtliyinin mühüm amilidir


Digərləri 11 Sen 2021 20:40:00 168 0

Ağıl – ailə xoşbəxtliyinin mühüm amilidir

Ağıl və zirəklik bir ailənin xoşbəxt olması üçün lazım olan amillərdəndir. Ailəni idarə etmək və çətinliklərini həll etmək ümumilikdə sadə iş deyildir. Əgər həyat yoldaşları bir-biri ilə anlaşa bilirsə və hər birinin tutduğu mövqeyi dərk edə bilirsə, həyatlarını düzgün bünövrə üzərində qurar və inkişaf etdirə bilərlər. Bu cür ailədə səfa, sevgi və ülfət olar. (Tebyan)

Aqil həyat yoldaşı ailənin imkanlarını, şəraitini yaxşı dərk edər. Həyat yoldaşını təzyiq altına salmaz. Ailədə baş verən münaqişələrin bir çoxu qadının və ya kişinin cəhalətindən və ya nadanlığından qaynaqlanır. Həyat yoldaşları hər nə qədər aqil olsalar, övlad tərbiyəsində bir o qədər müvəffəq olar. Ona görə də ağıl - xoşbəxt ailənin lazımlı amillərindən biri hesab olunur.

İmam Əli (ə) buyurur: "Axmaq və səfeh insanla ailə qurmayın. Çünki onunla yaşamaq bəladır, övladları da zay olar".

İmam Sadiq (ə) buyurur: "Ağıl - möminə yol göstərəndir".

Ailənin xoşbəxt olması üçün lazımlı amillərdən biri də əxlaqın gözəl olmasıdır. Əgər xoş əxlaqlı olsalar, həyatları şirin və səfalı olar. Qarşılıqlı anlaşma yolu ilə çətinliklərini həll edərlər. Əgər onlardan birinin əxlaqı pis olarsa, həyat hər ikisi üçün çətin və ağır olar. Heç bir şey onu şirin edə bilməz.

Ona görə də gözəl əxlaq - xoşbəxt olmağın amillərindən biridir. Bura: düz danışmaq, əmanətdarlıq, xeyirxahlıq, xoş dilli olmaq, xoş əxlaq, şücaət, fədakarlıq daxildir.

Əgər əxlaq pis olarsa, özü ilə bir çox bəlaları gətirər: tünd xasiyyət, qəzəb, yalan, kin, həsəd, bədbinlik, ədəbsizlik, üzlülük, qorxaqlıq, simiclik, bədxərclik kimi.

Həzrət Peyğəmbər (s) buyurur: "Əgər kimsə sizə elçi gəlsə, əxlaqını və dinini bəyənirsinizsə onunla evlənin. Əgər bu əmrə əməl etməsəniz, yer üzündə böyük fitnə və fəsad yaranar".

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: "Qızını təqvalı insana ərə ver. Çünki əgər qızını sevsə, ona hörmət edər. Əgər ona qarşı nifrəti olsa, ona zülm etməz".