Azərbaycan qazını Macarıstana daşıyacaq kəmərin tikintisi başa çatır
Digərləri 11 Sen 2021 13:40:00 117 0
Azərbaycan qazının Macarıstana idxalına imkan verən Serbiya-Macarıstan interkonnektorunun tikintisi üzrə işlər başa çatır.
Bu barədə Trend-ə Macarıstanın qaz-nəqliyyat sistemi operatoru olan FGSZ şirkətindən bildiriblər.
Qeyd olunub ki, sentyabrın 6-da boru kəmərinin illik gücünün bron edilməsi üçün hərrac keçirilib: "Tikinti işləri sentyabrın 15-dək başa çatacaq. Boru kəməri oktyabrın 1-də istismara veriləcək. Kəmərin buraxılış gücü ildə 8,5 milyard kubmetr təşkil edəcək".
Şirkətdən bildiriblər ki, layihənin ümumi dəyəri 65,7 milyon avroya bərabərdir.
Şirkət Serbiya-Macarıstan sərhədindən Kişkundorojma şəhərinədək 15 kilometr uzunluğunda boru kəməri tikəcək və beynəlxalq ölçmə stansiyası quraşdıracaq.
Mənbə: milli.az