Taliblər bunu da etdilər


Dünya 11 Sen 2021 10:23:00 108 0

Taliblər bunu da etdilər

Taliblər Əfqanıstanda Qərb dünyası ilə əlaqədar şəkilləri, o cümlədən 2020-ci ildə ABŞ-da polis tərəfindən öldürülən afroamerikalı Corc Floydun portretini boya ilə siliblər.

Son.az oxu.az-a istinadən xəbər verir ki, divar rəsmləri həm Əfqanıstanın paytaxtında, həm də ölkənin digər yerlərində boyanır.

Söhbət xüsusilə, aktivist Omaid Şərifinin rəhbərlik etdiyi "ArtLord" yaradıcı qrupun əsərlərindən gedir. "ArtLords" rəssamları Corc Floydun öldürülməsi, həmçinin ABŞ və "Taliban" arasında 2020-ci il Doha müqaviləsi də daxil olmaqla, son on ilin əlamətdar hadisələrini qeyd edən bir çox graffiti yaradıblar.

O da vurğulanır ki, Qərb dünyası ilə əlaqəli qraffitilər "Taliban" ideologiyasını dəstəkləyən yazılarla əvəz olunub.