Qəhrəman şəhidimiz Ramin Hüseynov


Digərləri 11 Sen 2021 10:30:00 86 0

Qəhrəman şəhidimiz Ramin Hüseynov

Vətən müharibəsində qəhrəmancasına döyüşüb şəhid olan hərbçilərimizdən biri də Ramin Hüseynovdur. O, Füzuli rayonu istiqamətindəki döyüşlərdə şəhadətə yüksəlib. Qəhrəmanımız vətən müharibəsində göstərdiyi şücaətə görə ölümündən sonra 3 medalla təltif olunub.

Son.az Xəzər TV-yə istinadən bildirir ki, 1993-cü il sentyabrın 8-də Ağsu rayonunun Çaparlı kəndində anadan olan Ramin Hüseynov orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılıb. Xidmətini başa vurduqdan bir müddət sonra gizirlik kursunda təhsil alıb. Kursu bitirdikdən sonra "N" saylı hərbi hissədə rabitə taborunun komandir müavini vəzifəsində xidmətə başlayıb.

2016-cı il Aprel döyüşlərindəki xidmətinə görə fəxri fərmanlarla təltif olunub. 44 günlük vətən müharibəsində də iştirak edən Ramin döyüşlərdə böyük şücaət göstərib. O, ötən il oktyabrın 8-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 

Şəhidin doğum günündə yaxınları ilə yanaşı, rayon rəhbərliyi və kənd sakinləri iştirak ediblər. Qəhrəmanımızın məzari ziyarət olunub, ruhuna dualar oxunub.