"Hacıbala Abutalıbov çox vaxt sərəncam imzalayırdı, sonradan isə onu ləğv edirdi"


Digərləri 09 Sen 2021 23:37:00 145 0

"Hacıbala Abutalıbov çox vaxt sərəncam imzalayırdı, sonradan isə onu ləğv edirdi"

Bakı şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri, bir müddət icra başçısının müavini səlahiyyətlərini icra etmiş Rasim Quliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə keçmiş Aparat rəhbəri dövlət ittihamçısının   suallarını cavabıandırıb. Bildirib ki, onun həbsinə səbəb olan  ərazidə aparəlan tikinti və söküntü işləri bağlı sərəncam Bakı şəhər İcra Hakimiyyətinin Baş Memamrlıq və Şəhərsalma İdarəsi tərəfindən hazırlanıb:"Sərəncamı hazırlayanlar tikinti üzrə mütəxəssislər idi. Onların hazırladıqları rəylərə inanmışam".

R.Quliyev deyib ki, 2017 ci ildə müavin səlahiyyətlərini icra etmək üçün həvalə olunan sənəddə qeyd edilib ki, Bakı şəhətər icra başçısı sərəncama nəzarəti özündə saxlayıb:"Mənim ciddi manevrlər etmək imkanım yox idi. Mövcud vəziyyətə uyğun hərəkət etmişəm.Yeddi ay ərzində həmin vəzifəni müvəqqəti icra etmişəm. Bu müddət ərzində haqqımda qanunauyğun olaraq Hacıbala Abutalıbov Prezident Adminstrasiyasına təqdimat verə bilərdi. Bunu təqdimat şəklində rəsmiləşdirə bilərdi. Sual olunur ki, bu niyə edilməyib?"

Hakim prosesdə Bakı şəhər icra hakimiyyətinə kadrların təyin olunması məsələsinin müzakirə olunmadığını R.Quliyevə xatırladıb və bunun ittihama aid olmadığını deyib.

Sabiq Aparat rəhbəri belə cavab verib:

-Demək istəyirəm ki, əgər bu işi bacarmırdımsa niyə müavin təyin olunmuşam, yox əgər bacarırdımsa niyə haqaımda təqdimat verilməyib?

Tərəflərin suallarını cavablandıran R.Quliyev qeyd edib ki, 2015-ci ildə Nəsimi rayon icra başçısı Asif Əsgərov Mədəniyyət Nazirliyində Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət xidmətinin rəisi Zakir Sultanova (hazırda həbsdədir-red.) məktub ünvanlayıb. Məktubda göstərilib ki, paytaxtın D.Əliyeva 145 saylı ünvanda yerləşən bina sökülüb. Ağır texnika nəticəsində binanın bir tərəfi uçub, 141 saylı binaya zərər dəyib:" Oranı qazanda göl əmələ gəlib, özül dirəklər qoyulub, 1898-ci ildə tikilmiş materiaılar, ağır texnikanın yaratdığı rezonans binanın uçmasına səbəb olub. Bununla bağlı aidiyyatı qurumlar məsələ qaldırıb. Bakı şəhər icra hakimiyyəti özü söküb, belə çıxır ki, özünə zərər vurub. Bunun mənə nə aidiyyatı var?"