“Onu sevəsevə öldürdüm”


Digərləri 07 Sen 2021 10:30:00 147 0

“Onu sevəsevə öldürdüm”

Fanatizm insan komplekslərindən baş qaldıran zehni pozğunluqdur. Bu zaman fanatizmə aludə olan şəxs konkret olaraq bir şəxsi pərəstiş və ibadət obyektinə çevririr. Fanatizm əks cinsin nümayəndəsi ilə münasibətdə də özünü qabarıq şəkildə göstərə bilər.

Bu pozğunluq forması çox vaxt şəxsin qarşısındakı insana olan sevgi hissi ilə səhv salınır.

Fanatik aşiqlik bir şəxsi ideallaşdırıb ilahiləşdirir. Bundan başqa dini, idman və s. fanatizmi də mövcuddur. İdman fanatizm sevdikləri komandanın məğlub olması ilə hətta oyunçulara xəsarət yetirməklə də müşahidə olunur. Dini fanatistlər isə başqa inancların varlığını inkar edərək dinlərini bir kulta çevirirlər. Onlar fikirləri ilə razılaşmayan insanlara kafir, dinsiz kimi baxıb, özlərini hamıdan üstün, doğru sayırlar.

Tez-tez fanatizmin qurbanı məşhur bir müğənni, musiqiçi, aktyor və digər tanınmış insanlar olur. Məsələn bu siyahıa fanatları tərəfindən öldürülən bir çox məşhurların adını çəkmək olar.

"O Səs ABŞ" yarışmasının 22 yaşlı ulduzu Kristina Grimmer 2016-ci il 10 iyun imza günündə hamının gözü önündə fanatı Kevin James Loibl tərəfindən odlu silahla qətlə yetirilib. Bundan başqa müğənni Selena Quintan aktrisa Rebecca Schaefferda öz fanatlarının qurbanlarına çevrilən ulduzlardandır. Məşhur "Bitlz" qrupunun  solisti Con Lenon da 1980-ci il 9 dekabrda fanatı Mark Devid Çapman tərəfindən qətlə yetirilib. Hətta məşhur rus yazıçısı Lermantov da 1841-ci ildə öz dostu və oxucusu Nikolay Martinov tərəfindən öldürüldüyü də bildirilir.

Əsasən bu cür qatilləri dindirdikdə ifadələri belə olur: "Onu sevə-sevə öldürdüm", "Onu çox sevdiyimdən öldürdüm"...

Fanatizm nədir və ilkin olaraq əlamətləri necə müşahidə olunur?

Son.az xəbər verir ki, psixoloq Tariyel Faziloğlu bizim.media-ya açıqlamasında bildirib ki, fanatizm insan da olan komplekslərdən irəli gəlir. "İnsanın fanata çevrilməsinin altında yatan psixoloji amillər var. Burada müxtəlif səbəblər ola bilər. Məsələn  şəxsin özünün təsdiqləmə hissi, özünü dəyərləndirməsində ciddi problemlərin olması və s. kimi pozğunluqlar buna yol aça bilər. Bunların hamısının kökündə insanın özü ilə bağlı daxili natamamlıq kompleksi yatır.Fanatizmdə pataloji hala keçən insanlar bu kompleksdən əziyyət çəkdiklərinə görə, içlərindəki boşluğu fanatlıq etdiyi insanla doldurub, onu bir növ özünküləşdirirlər".

Psixoloq qeyd edib ki, bu psixoloji amil dərhal mütəxəssis tərəfindən müalicə olunmalıdır, əks halda bu faciələrə səbəb ola bilər.

"Fanatizm zamanla xəstə qısqanclığa gətirib çıxarır. Bu insanlar bir müddətdən sonra ilahiləşdirdikləri şəxsi hər kəsdən qorumağa və hamıdan uzaq tutmağa çalışırlar. Zaman keçdikcə bu psixiatrik vəziyyətə çevrilir və a sonu cinayətlə bitə bilər. Adətən onlar fanatı olduğu insanı öldürdükdən sonra özləri də intihar edirlər.

Ümumiyyətlə fanatizmin ilkin mərhələsinin əlamətlərini hiss etdikdə dərhal xəstə mütəxəssisə müraciət etsə bu, natamamalıq aradan qaldırıla bilər. Xəstəlik patoloji mərhələyə keçdikdə isə işlər daha da çətinləşəcək, o zaman xəstə mütləq şəkildə qapalı məkanda, psixoloji müalicə olunmalıdır".

​​​​​​Psixoloq qeyd edib ki, bu işdə valideynlər daha diqqətli olmalıdır. Çünki fanatizm əsasən erkən yaşlarından başlayır. Bu zaman uşaq fanatı olduğu məşhur kimi geyinmək, onun tərzində danışmaq və özünü ona bənzətməyə çalışır. T. Faziloğlu deyir ki, bu zaman dərhal valideynlər həkimə müraciət edib, övladlarını bu aludəçilikdən xilas etməlidirlər.