İran nüvə sazişinə dair müzakirələrin davam etdirilməsini vaxt itkisi adlandırıb


Dünya 06 Sen 2021 23:15:00 177 0

İran nüvə sazişinə dair müzakirələrin davam etdirilməsini vaxt itkisi adlandırıb

"Vaxt itkisi olan və nəticəsiz müzakirənin İran xalqının xeyirinə olmayacağı qənaətindəyik".

Son.az APA-ya istinadən bildirir ki, bu sözləri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bu ölkədə olan xarici diplomatlarla görüşündə Hərtərəfli Birgə Fəaliyyət Planına dair müzakirələrin davam etdirilməsi ilə bağlı danışarkən deyib.

H.Ə.Abdullahiyan qeyd edib ki, müzakirə diplomatiyanın təsiredici vasitələrindən biridir: "Biz heç vaxt müzakirədən geri çəkilməyəcəyik. Müzakirənin diplomatiyada bir imkan və müsbət bir baxış olduğuna inanırıq. Lakin düşünürük ki, müzakirə etməyin İran xalqı və digər tərəflər üçün heç bir faydası yoxdur".

Nazir bildirib ki, "Hərtərfli Birgə Fəaliyyət Planına əsas zərbəni ABŞ vurub və onlar bu planın pozulmasında təkcə ittiham olunmurlar, bəlkə əsas cinayətkar onlardır".

Onun sözlərinə görə, İran dövləti İran xalqının mənafeyini və hüquqlarını təmin edəcək hər bir müzakirəni alqışlayır: "İran xalqının hüquqlarını təmin edən, möhkəm və müdrik danşıqları alqışlayırıq və bu sahədə aktiv iştirak edirik. Vaxt itkisi və nəticəsiz müzakirəni İran xalqına faydalı hesab etmirik".

H.Ə.Abdullahiyan İran və bəzi ölkələr arasında anlaşılmazlıqlar olduğunu bildirib: "Çox az sayda bəzi ölkələrlə ikitərəfli münasibətlərdə anlaşılmazlıqlar mövcuddur ki, əlverişli münasibətlərin qurulmasına maneə yaradır".

İran XİN-in rəhbəri region ölkələri ilə danışıqlar aparmağın ölkəsi üçün prioritet olduğunu vurğulayıb: "Regiondakı mövcud problemlərin həlli üçün əsas çıxış yolu region ölkələrinin özləri arasında danışıqlar apararaq problemi həll etməkdir".