Göygöldə avtomobil piyadanı vuraraq öldürüb


Digərləri 06 Sen 2021 23:05:00 121 0

Göygöldə avtomobil piyadanı vuraraq öldürüb

Göygöl rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Gəncə-Göygöl-Toğanalı avtomobil yolunun Göygöl ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan minik maşını yolu keçmək istəyən orta yaşlı kişini vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.