Qəddafi yenidən dəfn olunacaq


Dünya 06 Sen 2021 20:24:00 105 0

Qəddafi yenidən dəfn olunacaq

Liviyanın keçmiş rəhbəri Müəmmər Qəddafi ölümündən 10 il sonra yenidən dəfn olunacaq.

Son.az modern.az-a istinadən xəbər verir ki, onun nəşi mənsub olduğu qəbiləyə dəfn edilməsi üçün veriləcək.

Qəddafinin Sirt şəhərində dəfn ediləcəyi gözlənilir.

2011-ci ilin oktyabrında vətəndaş müharibəsinin gedişində Müəmmər Qəddafi müxalif qüvvələr tərəfindən öldürülmüşdü. Onun nəşinin harada saxlanılması barədə məlumat verilmirdi.