Reza Deqati Füzuli hava limanının görüntülərini paylaşıb FOTO


Digərləri 06 Sen 2021 20:12:00 346 0

Reza Deqati Füzuli hava limanının görüntülərini paylaşıb  FOTO

Azərbaycan əsilli tanınmış fransız fotojurnalist Reza Deqati öz sosial media hesabında Füzuli Beynəlxalq Hava Limanının istismara verilməsini əks etdirən videogörüntü paylaşıb.

Son.az Trend-ə istinadən bildirir ki, Reza Deqati video ilə bağlı şərhində qeyd edib: "Burada Qarabağın azad edilməsindən sonra inanılmaz bir hadisənin şahidi oldum. Yoxdan hava limanı tikirlər!"

Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayan fotojurnalist işğaldan azad edilmiş ərazilərdə vandalizmə məruz qalan tarixi abidələrin aqibətini, eləcə də Qarabağda hazırki quruculuq fəaliyyətini əks etdirən foto çəkilişlər həyata keçirir. Həmin görüntülər Reza Deqatinin ADA Universiteti ilə birgə həyata keçirdiyi "Soul of Karabakh" ("Qarabağın ruhu") layihəsi çərçivəsində hazırlanan veb-saytda və broşurlarda əksini tapacaq.