Bakıda iki avtomobil toqquşub,


Digərləri 05 Sen 2021 11:46:00 173 0

Bakıda iki avtomobil toqquşub,

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

"VAZ 2106" markalı nəqliyyat vasitəsi yüksək sürətlə prospektdə hərəkətdə olarkən "Opel" markalı nəqliyyat vasitəsinə çırpılıb. "VAZ 2106" deformasiyaya uğrayıb, həmin avtomobilin sürücüsü isə xəsarət alıb. Prospektdə sıxlıq yaranıb. Əraziyə hüquq-mühafizə orqanı əməkdaşları cəlb edilib.

Son.az