Azərbaycan nefti ucuzlaşıb


Digərləri 04 Sen 2021 16:36:00 104 0

Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 3-də 73,53 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,43 dollar/barel azdır.

Son.az bildirir ki, bunu Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 72,85 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,43 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 70,27 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,23 dollar/barel azdır.