"Netflix"in işində qüsurlar yaranıb


Dünya 04 Sen 2021 11:48:00 225 0

"Netflix"in işində qüsurlar yaranıb

"Netflix" servisinin işində qüsürlar yaranıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.

Məlumata əsasən, şikayətlərin çoxu ABŞ, Kanada, Yaponiya və Avstraliyada qeydə alınıb. İstifadəçilərin təxminən 40 faizi servisin işində problemlərlər bağlı məlumat verib, digər 33 faizi video izləməkdə çətinlik çəkir və 27 faizi tətbiqin işində fasilələrdən şikayət edib.