Əmisi oğluyla evlənmək istəməyən qadını küçənin ortasında öldürdülər


Digərləri 01 Sen 2021 14:55:00 186 0

Əmisi oğluyla evlənmək istəməyən qadını küçənin ortasında öldürdülər

İraqın paytaxtı Bağdadda yaşayan 30 yaşlı Nurzan Əl-Şəmmari adlı qadını ailəsi əmisi oğlu ilə evləndirmək istəyib.

Son.az xəbər verir ki, daha əvvəl evli və boşanmış Nurzan bu evliliyə qarşı çıxıb. İşdən sonra bıçaqla üç nəfərin hücumuna məruz qalması nəticəsində ölüb. Hücum edənlərdən biri gənc qadının öz qardaşı, digər ikisi isə əmisi oğlu olub. Nurzan öldürüldükdən sonra bir çox tərəfdən qınaq və reaksiya gəlib. Qardaş polis tərəfindən nəzarətə alınarkən, iki əmioğlunu tutmaq üçün işlər davam edir.

Daxili İşlər Nazirliyinin İnformasiya Direktoru general Saad Maan verdiyi açıqlamada, hadisə ilə əlaqədar bir çox adamın saxlanıldığını, lakin saxlanılanların adlarını açıqlamadığını söyləyib.

Kamran Seyidov Son.az