Bakıda işləmək üçün evdən çıxdı,


Digərləri 01 Sen 2021 14:39:00 174 0

Bakıda işləmək üçün evdən çıxdı,

İki ay öncə Şirvandan Bakıya gəlmək üçün evdən çıxan şəxs itkin düşüb.

Son.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Şirvan şəhər sakini, 53 yaşlı İslam Zeynalov iyunun 20-də Bakıda işləmək adı ilə yaşadığı evdən çıxıb və bir daha onunla əlaqə yaratmaq mümkün olmayıb.

İslam Zeynalovun əlamətləri belədir: boyu 170-175 sm., arıq bədən quruluşlu, seyrək saçlı, gözlərinin rəngi qəhvəyi, qaşlarının rəngi isə qaradır. Evdən çıxan zaman əynində qara rəngli qısaqol köynək və qara rəngli şalvar olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə (+9942121) 5-28-02 şəhər və (+99455) 527-57-77 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.