Gürcüstanda koronavirusa yoluxanların sayı 550 mini ötüb


Dünya 01 Sen 2021 13:59:00 125 0

Gürcüstanda koronavirusa yoluxanların sayı 550 mini ötüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 886 yoluxma halı qeydə alınıb, 74 nəfər ölüb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında qeyd olunub.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 553 697, ölənlərin sayı isə 7 482 nəfərə çatıb. Virusa yoluxanlardan 497 517 (89%) nəfərin sağaldığı bildirilir.