Azərbaycan Avropa İttifaqına dəri ixrac edəcək


Digərləri 31 Avq 2021 16:02:00 164 0

Azərbaycan Avropa İttifaqına dəri ixrac edəcək

Azərbaycan ilk dəfə olaraq Avropa İttifaqına dəri ixracı həyata keçirəcək.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Avropa İttifaqı ölkələrinə heyvan mənşəli qida və qeyri-qida məhsullarının ixracı sahəsində daha bir uğur əldə edilib.

Agentlik tərəfindən yerli dəri istehsalçılarının müraciətləri əsasında həmin müəssisələrin Avropa Komissiyasının qaydalarında göstərilmiş tələblərə uyğunluğu qiymətləndirilib, çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yerli dəri məhsullarının Avropa İttifaqı ölkələrinə ixracına icazə verilib.

İndiyədək daha çox Türkiyə və Ukraynaya dəri ixrac olunurdusa, artıq bundan sonra daha iri bazar olan Avropa İttifaqına çıxarılması mümkün olacaq.

2021-ci ilin ilk 6 ayının statistikasına görə, Azərbaycanda təqribən 2.6 milyon iribuynuzlu, 8.1 milyon xırdabuynuzlu heyvan var. Bu heyvanların mütəmadi kəsimə getməsi dəri xammal bazasını artırır. Bu isə o deməkdir ki, ölkəmizdə dəri  böyük ixrac potensialı olan məhsuldur. Hazırda digər heyvan mənşəli məhsulların, o cümlədən yun, bal və süd məhsullarının Avropa İttifaqına ixracı üçün icazə alınması istiqamətində tədbirlər görülür.