"Xəstələnməyəcəyəm" deyərək peyvənd etdirməyən musiqiçi koronavirusdan öldü FOTO


Şou-biznes 31 Avq 2021 15:56:00 120 0

"Xəstələnməyəcəyəm" deyərək peyvənd etdirməyən musiqiçi koronavirusdan öldü  FOTO

Həftədə 5 dəfə idman etdiyini daim təkrarlayan və peyvənd olunmaqdan imtina edən ingilis musiqiçi Markus Birks koronavirusdan dünyasını dəyişib. Koronavirusa yoluxan musiqiçi halı pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib.

Son.az xəbər verir ki, nəfəs almaqda çətinlik çəkən musiqiçi "Daily Mail"in xəbərinə görə xəstəxanada peyvəndini gecikdirdiyinə görə peşman olduğunu demişdi. Musiqiçinin xanımı bildirib ki, əri peyvənd əleyhinə idi, nadir hallarda xəstələnir və koronavirusdan narahat deyildi.

Kamran Seyidov Son.az