Röyadan Zümrüdə: “Vaxt gələcək, qapımda növbə gözləyəcəksən”


Şou-biznes 30 Avq 2021 15:24:00 161 0

Röyadan Zümrüdə: “Vaxt gələcək, qapımda növbə gözləyəcəksən”

Aparıcı Zümrüd Bədəlova maraqlı açıqlaması ilə gündəmə gəlib.

Son.az Baku.ws-ə istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan Bədəlova Xalq artisti Röya Ayxanla bağlı açıqlama verib.

Aparıcı Röyanın "W-trio" musiqi qrupunda çıxış etdiyi illərdə tanınmadığı üçün ondan müsahibə götürmək istəmədiyini etiraf edib:

"Röya "W-trio"da oxuduğu zaman çəkilişə getmişdim. Vaqif Gərayzadədən müsahibə götürdüm. O qrupda ən çox Röya şıltaq idi. Mənə dedi ki, ay qız, məndən niyə müsahibə almırsan? Ona tanımadığımız adamlardan müsahibə götürməməyimizi tapşırdıqlarını bildirdim.

Həmin vaxt Röya mənə dedi ki, "gün gələcək, məndən müsahibə almaq üçün qapımda növbə gözləyəcəksən!" İnandırım sizi ki, illər ötdü, elə də oldu".