Ötən həftə 179 hektar ərazi minadan təmizlənib


Digərləri 30 Avq 2021 15:26:00 142 0

Ötən həftə 179 hektar ərazi minadan təmizlənib

Avqustun 23-dən 28-dək 179 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik hesabatında deyilir.

Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 77 piyada əleyhinə mina, 31 tank əleyhinə mina və 107 partlamamış hərbi sursat aşkarlanıb.