İda qasırğası ABŞda 117 mindən çox sakini elektriksiz qoyub


Dünya 29 Avq 2021 23:52:00 208 0

İda qasırğası ABŞda 117 mindən çox sakini elektriksiz qoyub

Atlantik okeanında meydana gələn dördüncü kateqoriyalı "İda" qasırğası ABŞ-ın Luiziana ştatında Meksikan körfözinin sahillərinə çatıb .

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ Milli qasırğa müşahidə mərkəzinin saytında xəbər yayılıb.

Meteoroloqların məlumatına əsasən, qasırğa daxilində küləyin sürəti 67 m/s-ə çatır.

Hazırda ştatda qasırğanın törətdiyi fəsadlat nəticəsində ən azı 117.470 istehlakçı elektrik enerjisiz qalıblar.