Ağdaşda 22 yaşlı qadın özünü asıb


Digərləri 28 Avq 2021 13:39:00 140 0

Ağdaşda 22 yaşlı qadın özünü asıb

Ağdaş rayonunda intihar hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə bu gün rayonun Davudlu kəndində qeydə alınıb.

Kənd sakini, 1999-cu il təvəllüdlü Yarməmmədova Solmaz Fəzail qızı yaşadığı evdə özünü kəndirlə asaraq intihar edib.

Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb. İki uşaq anası Solmaz Yarməmədovanın özünə qəsd etməsinin səbəbi hələ ki bilinmir. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.