Bayden Əfqanıstanda əməliyyatlar üçün hərbçilərə tam azadlıq verdi


Dünya 27 Avq 2021 23:25:00 221 0

Bayden Əfqanıstanda əməliyyatlar üçün hərbçilərə tam azadlıq verdi

ABŞ Prezidenti Co Bayden ölkəsinin hərbi komandanlığına Əfqanıstanda "İslam Dövləti" terror qruplaşmasının yaraqlılarına qarşı əməliyyat keçirmək üçün tam hərəkət azadlığı verib.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin yaydığı məlumatda deyilir:

"Növbəti bir neçə gündə missiyanın daha təhlükəli bir dövrü olacaq. Prezident hərbi komandanlığa hərbçilərimizi qorumaq üçün əməliyyatlar keçirməklə bağlı lazım olan bütün hərəkət azadlığının verilməsini təsdiqlədi", - deyə Ağ Evin məlumatında qeyd edilir.