Batma təhlükəsi olan 4 nəfər xilas edilib


Digərləri 27 Avq 2021 22:49:00 191 0

Batma təhlükəsi olan 4 nəfər xilas edilib

"Novxanı" sularda xilasetmə məntəqəsindən kənarda (nəzarətsiz ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub.

Son.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilir ki, həmin şəxslər nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən sudan çıxarılıb.