Ərdoğan: "Dünyada terrora qarşı ən güclü mübarizə aparan ölkə Türkiyədir"


Dünya 27 Avq 2021 22:40:00 157 0

Ərdoğan: "Dünyada terrora qarşı ən güclü mübarizə aparan ölkə Türkiyədir"

"Əfqanıstandan Türkiyə vətəndaşlarının təxliyəsini icra etdik, az sayda texniki işçilərimizin təxliyəsini icra edəcəyik".

Son.az APA-ya istinadən xəbər verir ki, bunu Bosniya və Herseqovinada səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğan deyib ki, Türkiyənin Əfqanıstanda 20 iilik nümunəvi fəaliyyəti var və bu, davam edir: "Bundan sonra da Əfqanıstanda sülhün bərpasına hər cür dəstəyi verəcəyik".

Türkiyə Prezidenti dünyada terrora qarşı ən güclü mübarizə aparan ölkə olduqlarını bildirib: "Dünyada gücünə güvənən böyük ölkələr Əfqanıstanı terrora təslim edib bu ölkədən çıxarkən ağır bədəllər ödəməli oldular. Əfqanıstandakı terror aktını İŞİD öz üzərinə götürdü, amma İŞİD-ə qarşı nə kimi mübarizə apardınız? Halbuki İŞİD-lə ən böyük mübarizəni biz apardıq və aparırıq".