Oğuzda əkin sahələri suvarılır


Digərləri 26 Avq 2021 15:58:00 176 0

Oğuzda əkin sahələri suvarılır

Oğuzda əkin sahələrinin suvarılmasına başlanılıb. 16553 hektar suvarılan torpaq sahəsinə xidmət edən Oğuz Suvarma Sistemləri idarəsi bununla yanaşı yaşayış məntəqələrinin sel sularından qorunması üçün çay sahillərində beton bəndlərin tikintisi və onların təmiri ilə də məşğuldur. Rayonda taxıl sahələrinin suvarma mövsümü mart, aprel, may aylarında başa çatdırılıb.Hazırda tütün, qarğıdalı, yonca bağlarının suvarılır. Fermerlər təyin olunmuş qrafik əsasında əkin sahələrini suvara bilirlər. Bu günə qədər sahələrə 22 min mᶟ-dən çox su suvarma suyu verilib.

Son.az Real TV-yə istinadən xəbər verir ki,ərazilərə suvarma suyunu çatdırmaq üçün 570,5 km kanal və arxlardan istifadə olunur ki, bu arxların da 90 %- i torpaq məcralı arxlardır. Torpaq məcralı kanallarda su itkisinin qarşısının alınması üçün isə hər il mütəmadi beton işləri görülür.

Oğuz rayonunda bu ilin altı ayı ərzində 113 km-dən çox məsafədə lildən təmizləmə işləri aparılıb. İdarənin əsas işlərindən biri də yaşayış məntəqələrini və əkin sahələrini sel sularından qorunmasıdır. Rayon ərazisindən 5 çay sistemi keçir və hər il mütəmadi olaraq, bulduzerlə və eksavatorla çay məcrasında təmizləmə işləri aparılır. Hazırda Qalaçay sistemində yerləşən və qum-çınqılla dolan bənlərdə hündürləşmə işləri aparılır.

Qeyd edək ki, 2021- ci ilin vegetasiya suvarma dövründə 4316 hektar sahədə taxıl, 173 hektar ərazidə tütün, 315 hektar ərazidə qarğıdalı, 2000 hektardan artıq ərazidə çox illik bağlar və digər kənd təsərüfatı bitkiləri əkilib ki, həmin bitkilərin də suvarılmasında bu günə qədər problem yaşanmayıb.