Türkiyə ordusu daha 9 terrorçunu zərərsizləşdirdi


Dünya 25 Avq 2021 20:54:00 221 0

Türkiyə ordusu daha 9 terrorçunu zərərsizləşdirdi

Türkiyə ordusu Suriyanın şimal bölgələrində daha 9 terrorçunu məhv edib.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tviter səhifəsində məlumat verilib.

Bildirilib ki, "Barış Pınarı" əməliyyatının keçirildiyi bölgədə 8, "Fırat Kalkanı" əməliyyatının keçirildiyi ərazilərdə isə 1 terrorçu olmaqla, ümumilikdə hücuma hazırlaşan 9 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

"Suriyanın şimalında terrorçulara keçid yoxdur!", - qeyd edilib.