Şamaxıda 79 yaşlı qadın intihar etdi


Digərləri 25 Avq 2021 20:42:00 172 0

Şamaxıda 79 yaşlı qadın intihar etdi

Şamaxı rayonunda intihar hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, Şamaxı şəhər sakini, 1942-ci il təvəllüdlü İsmayılova Atlaz Şahbala qızı özünü rayon ərazisində yerləşən Kür-Araz adlanan gölə ataraq intihar edib. Onun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib. Ahıl yaşlı qadının özünə qəsd etməsinin səbəbi hələlik bilinmir.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.