Məşhur musiqiçi xərçəngdən öldü


Şou-biznes 25 Avq 2021 19:54:00 153 0

Məşhur musiqiçi xərçəngdən öldü

Məşhur britaniyalı musiqiçi, "The Rolling Stones" qrupunun baraban ifaçısı Çarli Uotts vəfat edib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, 80 yaşlı sənətçinin ölümü ilə bağlı həmkarları məlumat yayıb.

Səhhətində problem olan Çarli Londonda xəstəxanalardan birinə yerləşdirilib. Boğazında şiş olan sənətçi müalicə alıb. Bir müddət əvvəl xərçəngdən sağalan Uottsu həkimlər bu dəfə xilas edə bilməyib.

Xəstəliyinə görə musiqiçi son vaxtlar "The Rolling Stones" qrupunun konsertlərində çıxış edə bilməyib.