Deputatdan bədbin PROQNOZ:


Digərləri 24 Avq 2021 16:08:00 190 0

Deputatdan bədbin PROQNOZ:

Azərbaycan səhiyyəsi ötən il yoluxmada 5000 rəqəmlərinə belə hazırlıqlı olduğunu göstərdi. Amma indi yay aylarında 4000 minə çatan rəqəmlər payızda ehtimal olunan rəqəmlərin qat-qat yüksək olmasından xəbər verir.

Son.az ARB24-ə istinadən bildirir ki, bunu "Gündəm" verilişinə açıqlamasında deputat Rəşad Mahmudov deyib. 

O bildirib ki, peyvəndlənmə prosesinin sürətlə aparılması lazımdır:

"Peyvəndlər böyük dalğalar və yoluxma zamanı insanların səhhətinin daha çox ağırlaşmasının qarşısının alınmasında bizə dəstəkçidir. Həmçinin peyvənd reanimasiyaya düşmə faizinin azaltmaqla yanaşı, həm də peyvənd vurdurmayanlarla müqayisədə ölüm hallarından çox böyük fərq yaradacaq şəkildə qoruya bilmə gücünə sahibdir.

Ötən il yoluxma 500 olanda tam qapanmalara gedilirdi. Bu gün isə peyvəndin sayəsində ondan dəfələrlə yüksək rəqəmlər qarşısında sərt qapanmalara gedilmir.