Azərbaycanda koronavirusa yoluxan şagird və müəllimlərin sayı açıqlandı


Digərləri 24 Avq 2021 12:12:00 115 0

Azərbaycanda koronavirusa yoluxan şagird və müəllimlərin sayı açıqlandı

"Ötən ilin sentyabrın 15-dən oktyabra kimi 219 şagird koronavirusa yoluxub, işçi heyətin sayı 65 nəfər idi". 

Son.az bildirir ki, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev təhsil işçilərinin vaksinasiyasına həsr olunan onlayn vebinarda deyib. O bildirib ki, oktyabrda rəqəmlər artmağa başladı: "Ən yüksək yoluxma dekabrda oldu. Bu zaman 6378 nəfər şagird, 3568 işçi heyəti virusa yoluxmuşdu. Bu günə qədər 25370 şagird, 15128 nəfər təhsil işçisi koronavirusa yoluxub.