Məşhur filmin çəkildiyi malikanə yanaraq yararsız hala düşüb


Şou-biznes 24 Avq 2021 11:56:00 187 0

Məşhur filmin çəkildiyi malikanə yanaraq yararsız hala düşüb

Məşhur britaniyalı aktyor Edvard Con Devidin rol aldığı, "Fantastik məxluqlar və onların yaşadıqları yer" filminin səhnələrinin çəkildiyi və aktyorun ailəsinə məxsus olan malikanə meşə yanğınları nəticəsində yanıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" agentliyi məlumat yayıb.

Qeyd olunur ki, malikanə 35 ildir britaniyalı aktyor Edvard Con Devidin ailəsinə məxsus olub.

Mülk Fransada Lacivərd sahili adlandırılan ərazidə yerləşir və meşə ilə əhatə olunub.