Əfqanıstandakı azərbaycanlı sülhməramlılarla bağlı


Digərləri 15 Avq 2021 22:20:00 161 0

Əfqanıstandakı azərbaycanlı sülhməramlılarla bağlı

Azərbaycan Ordusunun 120 nəfərdən ibarət  sülhməramlı bölməsi qardaş Türkiyə qüvvələri ilə birlikdə Əfqanıstanda Kabul beynəlxalq hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrini davam etdirir.

Bu barədə Son.az-a Müdafiə Nazirliyindən bildirilib.

Daimi əsasda sülhməramlılarımızla əlaqədəyik və şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir.

Qardaş Türkiyə ilə əlaqələndirilmiş şəkildə operativ vəziyyət yaxından izlənilir.