ABŞda məktəbdə atışma olub, yeniyetmə öldürülüb


Dünya 14 Avq 2021 09:00:00 148 0

ABŞda məktəbdə atışma olub, yeniyetmə öldürülüb

ABŞ-ınNyu-Meksiko ştatında yerləşən Albukerq şəhərində orta məktəbdə atışma nəticəsində ən azı bir şagird ölüb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə nahar vaxtı iki tələbə arasında baş verib. Yeniyetmələrdən biri atəş açıb, nəticədə digəri həlak olub. Hər ikisinin təxminən 13 yaşı olduğu bildirilir.

Atəş açan şəxs saxlanılıb. Polis cinayətin səbəbini və yeniyetmənin silahı necə əldə etdiyini müəyyənləşdirir.