Avstriyada koronavirusa ikinci dəfə yoluxanların 85 faizi peyvənd olunmamış şəxslərdir


Dünya 13 Avq 2021 22:24:00 137 0

Avstriyada koronavirusa ikinci dəfə yoluxanların 85 faizi peyvənd olunmamış şəxslərdir

Avstriya Epidemioloji Qeydiyyat Sisteminə (EMS) daxil olan məlumatlara əsasən, ölkədə 1447 nəfər ikinci dəfə koronavirusa yoluxub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, təkrar yoluxanların 84,7 faizi koronavirus əleyhinə peyvənd olunmamış şəxslərdir. Sistemdə 9 nəfərin hətta üçüncü dəfə yoluxmasına dair qeydlər də mövcuddur.

Bununla da pandemiya başlayandan indiyədək Avstriyada koronavirusa yoluxmuş 656 min 615 şəxsdən (ölkə əhalisinin 7,35 faizi) 0,22 faizi virusa təkrar yoluxub.

EMS Avstriyanın bütün rayon icra hakimiyyəti strukturlarının, əyalət səhiyyə idarələrinin, Səhiyyə Nazirliyi və eləcə də Səhiyyə və Qida Təhlükəsizliyi Agentliyinin birgə məlumat bankıdır. Rəsmi qurumlar bu rəqəmlərə istinad edərək, əhalini bir daha koronavirusa qarşı peyvənd olunmağa çağırıb.